Namik Ələskərov oynadı, "Bursaspor" uduzdu

Futbol üzrə Türkiyə I Liqasında 19-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Adanaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Namik Ələskərov da bu matçın iştirakçısı olub. Görüşə ehtiyatda başlayan 26 yaşlı vinger 60-cı dəqiqədə Hasan Ayaroğlunun yerinə meydana daxil olub.

 

19 turdan sonra 19 xal toplayan "Bursaspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Tarix: 8 Yanvar [18:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2022
27  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio