Fransa və Azərbaycanda oynamış fransız: "Azarkeşlər "Marsel"in "Qarabağ"a qalib gələcəyini düşünür"

13:29 - 9 Yanvar 2022

Azərbaycanda çıxış etmiş azsaylı fransızlardan olan Stefan Borbikoni Sportal.az saytına açıqlama verib. Vaxtilə “zolaqlılar”ın formasını geyinmiş Borbikoni saytımıza açıqlamasında Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” görüşləri barədə danışıb.

Fransanın “Metz” klubunda uzun illər çıxış etmiş veteran futbolçu “Qarabağ”la matçda həmyerlilərini daha şanslı hesab edib:

“Əlbəttə ki, “Qarabağ” yaxşı yadımdadı. Onlara qarşı matçlar da xatirimdədi. “Marsel”lə oyununa gəldikdə, “Qarabağ” üçün onları məğlub etmək çətin olacaq. Əslində, Fransada azarkeşlər də “Marsel”in qalib gələcəyini düşünür.

Azərbaycanda oynadığım dönəmdə “Bakı”, “İnter”, “Neftçi” və “Xəzər Lənkəran” daha güclü komandalar idi. Amma “Qarabağ” indi güclüdü və avrokuboklarda da uğurlu çıxış edir. “Marsel” – “Qarabağ” matçı maraqlı alınacaq”.

Xəbər xətti