Azərbaycan milli komandasının sabiq futbolçusu Ruslan Qurbanov karyerasını Belarusda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, son olaraq “Slaviya Mozır”da çıxış etmiş forvard bu klubda da qalacaq. Belə ki, Mozır təmsilçisi ona yeni müqavilə təklif edib.
Rusiya 1-ci liqasından da təklifi olan forvard “Slaviya”da qalmağa üstünlük verib. O, bu klubla 1 illik müqavilə imzalaya bilər.