Azərbaycan millisinin oyunçusu: "Avropa çempionu olmaq reallaşdırmaq istədiyimiz arzudu"

15:58 - 9 Yanvar 2022

"Avropa çempionatına hazırlığımız başlayacaq. Bizə hazırlıq üçün vaxt lazımdı. Məhz bundan sonra final mərhələsindəki hansı nəticələri qazanmaq mümkündü, danışmaq olar”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Qalo deyib.

Futzal üzrə Azərbaycan millisinin aparıcı oyunçusu olan Everton Kardozo yığmamızın hazırki durumundan danışıb.

Bununla yanaşı o, Niderlandda keçiriləcək Avropa çempionatında millimizin mümkün nəticələrindən söz açıb:

"Ola bilər ki, qrupdakı rəqiblərimiz indi lap hazırlıqlıdı. Amma biz hazırlığa başladıqdan sonra, hər şey dəyişəcək. Son yoxlama görüşündəki nəticələrimizə görə, Avropa çempionatındakı şanslarımızın azaldığını düşünmürəm. Sadəcə Ukrayna oyunlarında hazırlıqlı deyildik. 

Avropa çempionu olmaq reallaşdırmaq istədiyimiz arzudu. Əgər lazımi hazırlıq və şərait olsa, bəli, çempion olmağa daha yaxın olacağıq! Əminəm ki, meydanda hər saniyə əlimizdən gələni edəcəyik".

Xəbər xətti