"Dila"nın legioneri "Qarabağ"ın yeni transferi haqda nə dedi? - FOTO

17:28 - 9 Yanvar 2022

“Qarabağ” “Yagelloniya”ya məxus olan, ötən ili “Dila”da keçirmiş Luka Quqsaşvilini heyətinə qatıb.

Sportal.az xəbər verir ki, vaxtilə Azərbaycanda “Sabah” klubunda oynamış Vanderson 22 yaşlı qolkiper barədə danışıb.

Saytımıza açıqlama verən braziliyalı Lukanın “Qarabağ”a kömək olacağına inandığını bildirib:

“Doğrudu, Luka ilə birlikdə oynamışıq və onun nəyə qadir olduğunu yaxşı bilirəm. Luka yaxşı qapıçıdı, o, “Qarabağ” üçün layiqincə çıxış edə bilər. Hətta “Qarabağ”da çox yaxşı nəticələr də qazana bilər”.

30 yaşlı futbolçu Quqesşaşvilinin “Qarabağ”a keçidindən xəbərsiz olduğunu deyib: “Lukanın “Qarabağ”a keçidi barədə xəbərim yox idi. Çünki onunla bu haqda danışmamışam. Luka ilə sonuncu dəfə elə son oyundan sonra danışmışdım. Ona yeni komandasında uğurlar arzulayıram".

Vanderon Nasimento 2018-ci ildə "Bney Saxin"dən "Sabah"a keçmişdi.

Xəbər xətti