Bu gün Azərbaycan klubları üçün qış transfer pəncərəsi açılıb.
Sportal.az xəbər verir ki, klublar 2021/22 mövsümünün qış fasiləsindəki transferləri bu gündən qeydiyyatdan keçirə bilərlər.
Peşəkar Futbol Liqasının qərarına əsasən, bu transfer dövrü 31 günü əhatə edəcək. Klublar yeni oyunçularının keçidini fevralın 9-dək rəsmiləşdirə biləcəklər.
Tarix: 10 Yanvar [11:03]
|
|
Müəllif: Sportal.az
|