Azərbaycan milli komandasının üzvü Araz Abdullayev yenidən Premyer Liqada oynaya bilər.
Sportal.az saytının məlumatına görə, “Etnikos”dan ayrılan yarımmüdafiəçi “Sumqayıt”la anlaşmaq üzrədi.
Etibarlı mənbədən verilən məlumata görə, Abdullayev bu gün “Sumqayıt”ın heyətində məşqə çıxıb.
Məşqdən öncə Aleksey Baqa ilə qısa dialoqdan sonra məşqə çıxan Arazın mövsüm sonuna qədər “gənclik şəhəri” klubunda oynayacağı gözlənilir.
Xatırladaq ki, Abdullayev yayda "Etnikos"la müqavilə imzalamışdı.