Azərbaycan Premyer Liqasında hazırda 2-ci pillədə qərarlaşan “Qəbələ” üçün ciddi itki baş verib.
Sportal.az saytının məlumatına görə, bölgə klubunun daha bir aparıcı üzvü sıradan çıxıb.
Mövsümün əvvəlində Yaovi Akakpo və Rüfət Əhmədovu zədə səbəbindən itirən “Qəbələ” bu dəfə Ürfan Abbasovun zədələnməsinə üzülüb.
Belə ki, zədəsi ciddi olan futbolçu mövsümü vaxtından əvvəl başa vurub.
Çarpaz bağları qopan Ürfan əməliyyat ediləcək.
saytlarin hazirlanmasi