"Səbail"in kapitanı Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib:
- Komandanın hazırlığı necə gedir?
- Hazırlığımız yaxşı gedir. İlk həftə öz meydançamızda hazırlaşmışdıq. İndi “Dalğa Arena”da məşqlərimizə davam edirik. Hər şey qaydasındadı.
- Hazırlığı ölkə xaricində keçmirsiz deyə, həvəssiz deyilsizki?
- Xeyr, heç bir həvəssizlikdən söhbət gedə bilməz. Burada keçirik toplanışı, hər şey qaydasındadı. “Dalğa Arena”da da hər cür şərait var.
- Bakıda hazırlıq keçməyiniz komandaya nə dərəcədə təsir edəcək? Ökə xaricində hazırlıq keçməyin üstün tərəfi nədir?
- Ölkə xaricində toplanış keçməyin bir üstünlüyü var ki, rəqib çoxdu. Güclü rəqiblər var, komanda tapmaq rahatdı. Amma ümumi götürəndə, burada da oynamağa komandalar var. Bayaq da dediyim kimi bazada da hər cür şərait yaradılıb. Ona görə də böyük fərq yoxdu.
- “ASCO Arena"da oynamaq zədələnmək üçün təhlükə yaradır?
- Əlbəttə ki, meydançanın ot örtüyü pis durumdadı. Orada da hər an zədələnə bilərik. “Dalğa Arena”da hazırlaşırıq və burada da meydançalar təbii ot örtüyüdü, yaxşı durumdadı. Bu mənada meydança baxımından problemimiz yoxdu.
- Qışdan sonra “Səbail” hansı nəticəni göstərə biləcək? Səncə, qışa qədərkindən daha yaxşı oynayıb daha çox xal toplayacaqsız?
- Necə çıxış edəcəyik, neçə xal toplayacağıq liqa başlayanda biləcəyik. Yaxşı hazırlaşırıq, hələ ki, hər şey yaxşı gedir. Belə davam etsək, çempionatda da nəticələr yaxşı olacaq. Doğrudu, sonuncu yerdəyik, amma bizdən yuxarıda gedən komandalarla xal fərqimiz elə də böyük deyil. İnanırıq ki, çempionatda lazım olan xalı yığıb, sonuncu pilləni tərk edəcəyik.
- Sabiq komandan "Qarabağ" Konfrans Liqasında "Marsel"lə oynayacaq. Necə düşünürsən, "Qarabağ" Fransa klubunu keçə biləcək? Bu mümkündü?
- “Marsel” çox güclü klubdu. Fransa çempionatında çempionluq uğrunda oynayan komandalardan biridi. “Qarabağ” üçün çox çətin olacaq. Amma futbolda hər şey olur. “Marsel” favorit sayılsa da, inanıram ki, “Qarabağ” onlara çətinlik yaradacaq. “Qarabağ”a uğurlar arzu edirəm. İnanıram ki, “Marsel”i keçə bilərlər.
- Bu mövsümki çempionatdakı mübarizə ilə əvvəlkilər arasında hansı fərqlər var? Çempionluq mübarizəsində hansı tərəfi daha iddialı hesab edirsən?
- “Qarabağ” bu mövsüm aşkar favoritdi. Düzdü, “Qəbələ”, “Zirə”, “Neftçi” də var. Amma indiki vəziyyətdə görünən odur ki, bu mövsüm “Qarabağ” çempion olacaq. “Qarabağ” xal fərqini əldən verməyəcək. Bu mövsümki çempionatda dəyişiklik odu ki, “Zirə” və “Qəbələ” yaxşı nəticə göstərir, yaxşı oyun göstərirlər.
saytlarin hazirlanmasi