İspaniya Superkubokunda növbəti cütün oyunları keçirilib.
Sportal.az xəbər verir ki, dünən gecə finala adını yazdıran "Real"ın rəqibi məlum olub.
Səudiyyə Ərəbistanında “Atletik”in “Atletiko”ya qarşı keçirdiyi matçda bütün qollar 2-ci hissədə vurulub.
2 gün sonra keçiriləcək final görüşündə "Real” və “Atletik” klubları üz-üzə gələcək.
“Atletik”(Bilbao) – “Atletiko”(Madrid) 2:1
Qollar: Yeray 77, Niko Vilyams 81 – Unai Simon 62(avtoqol)