“Mahir Emrelinin “Başakşəhir”ə keçə biləcəyilə bağlı heç bir məlumatım yoxdu”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Mehmet Ak deyib.
Vaxtilə “Qarabağ”da məşqçi kimi çalışmış türkiyəli mütəxəssisi millimizin forvardı Mahir Emrelinin Türkiyə Superliqa təmsilçisi “Başakşəhir”ə keçəcəyilə bağlı xəbərə münasibət bildirib.
Onun fikirlərinə görə Emreli Superliqada oynaya bilər: “Mahir Emreli yaxşı futbolçudu. Amma müqavilə şərtləri necə olar, onu bilmirəm. Hər halda Türkiyə Superliqasında oynaması yaxşı olar. 24 yaşlıdı, gənc futbolçudu. Təbii ki, Mahir “Başakşəhir”də oynaya bilər. Karyerası ərzində çox qol vuran futbolçudu”.