Gürcüstan millisinin oyunçusu: "Azərbaycan millisi çox güclüdü, ancaq heç bir oyunda favorit yoxdu" - MÜSAHİBƏ

19:43 - 18 Yanvar 2022

Futzal üzrə Gürcüstan milli komandasının üzvü Simi Sayotti Sportal.az saytına müsahibə verib. Milliləşdirilmiş futzalçı Niderlandda keçirilən Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alacaq Gürcüstan yığmasının şanslarını dəyərləndirib.

- Avropa çempionatının startına az qalıb. Gürcüstan millisi Avropa çempionatına hazırdı?
- Gürcüstan milli komandası Avropa çempionatına hazırdı. Hər şeyin yaxşı olacağına inanıram.

- Gürcüstan millisi qrupda Azərbaycan, İspaniya və Bosniya və Herseqovina ilə mübarizə aparacaq. Millinizin qrupdakı şanslarını necə dəyərləndirirsən?
- Çox güclü qrupda mübarizə aparacağıq. Hər bir komanda qrupdan çıxmaq üçün mübarizə aparacaq. Həm bizim, həm də digərlərinin qrupdan çıxmaq üçün yaxşı şansları var.

- Gürcüstan millisi ilk oyununu Azərbaycana qarşı keçirəcək. Oyunun favoriti Azərbaycan hesab olunur. Gürcüstan Azərbaycana qalib gələ bilər?
- İnanıram ki, turnir yüksək səviyyədədi. Heç bir oyunda favorit yoxdu. Gürcüstan Azərbaycana qalib də gələ bilər, uduza da bilər.

- Maraqlıdır ki, həm Azərbaycan, həm də Gürcüstan millisində braziliyalı futzalçılar yer alıb. Demək olar ki, braziliyalıların da mübarizəsi olacaq?
- Fikrimcə, çox maraqlı oyun olacaq. Çünki həm bizim, həm də Azərbaycan millisinin səviyyəli oyunçuları var. Mən braziliyalıları, azərbaycanlıları və gürcüləri də deyirəm.

- Azərbaycan millisi haqda nə düşünürsən? Azərbaycan 6-cı dəfə Avropa çempionatında iştirak edəcək. Bu təcrübə Azərbaycan millisi üçün üstünlük ola bilər?
- Azərbaycan millisi çox güclüdü. Heyətində əla oyunçular və məşqçiləri var. Avropa çempionatında 6 dəfə iştirak etmək, bu təcrübə kömək edə bilər. Amma həmin fakt sizi favorit etmir.

Xəbər xətti