“Sumqayıt”ın futbolçusu Dmitri Nağıyev Sportal.az saytına müsahibə verib:
- Təlim-məşq toplanışı necə keçir? Yorğunluq var?
- Hər şey qaydasında gedir. Gündə 2 dəfə məşq edirik. Təbii ki, bir az yorğunçuluq hiss olunur.
- İlk yoxlama oyununuzu “Yagelloniya”ya qarşı keçirdiniz. Oyun sizin üçün necə alındı?
- Bu, sadəcə ilk yoxlama görüşümüz idi. Ona görə də istədiklərimiz az alındı. Toplanışlarda nəticə önəmli deyil. Vacib olan günü-gündən komandanın oyununu düzəltməkdi.
- Polşa klubuna qarşı matç Aleksey Baqanın rəhbərliyi altında ilk oyununuz idi. Onunla işbirliyi necə alınır?
- Aleksey Baqa bizə tələblərini aydın şəkildə izah edib. Ona görə də indi biz futbolçulara oynamaq və uğurlu nəticələr qazanmaq qalır.
- Milli komandanın üzvü Araz Abdullayev “Sumqayıt”a keçdi. Yəqin ki, transferlər yenə olacaq. Qışdan sonra daha güclü heyətiniz olacağını düşünürsən?
- Yeni transferlər barədə heç nə bilmirəm. Bizim yaxşı komandamız var. Çempionatın ilk yarısındakı nəticələrin təsadüf olduğunu göstərməliyik. Ümidvaram ki, bizdə hər şey alınacaq.
- Hazırda komanda ölkə çempionatında 7-ci pillədə qərarlaşıb. Qış fasiləsindən sonra komandanın uğurlu çıxış edib “üçlüy”ə düşəcəyinə inamın var?
- Çətindi. Ancaq futbolda mümkünsüz də heç nə yoxdu. Vacib olan odur ki, hər oyunda meydana çıxıb, maksimumu edək. Mövsüm sonunda isə necə alındığını görəcəyik.
- “Dnepr”də oynadığın vaxtlar Azərbaycanın əsas millisinə cəlb olunacağını gözləyənlər az olmasa da, bu, baş vermədi. Bunu “Sumqayıt”da oynayaraq həyata keçirə bilərsən?
- Bu, futbol həyatıdı. Sabah necə olacağını bilmirsən. Hər futbolçu milliyə düşməyi qarşısına məqsəd qoyur. Ona görə mən də hər meydana çıxdığım oyunda və məşqlərdə maksimumu etməyə çalışıram. Necə olacağını isə zaman göstərəcək.
saytlarin hazirlanmasi