"Fluminense" yetirməsi olan Hiqor Qabriel karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az saytının məlumatına görə, Antalyada təlim-məşq toplanışında olan Masazır təmsilçisi braziliyalı müdafiəçini düşərgəyə dəvət edib.
Futbolçu dünən “Zarya”ya (1:1) qarşı keçirilən yoxlama görüşünün də iştirakçısı olub.
Qabriel məşqçilər korpusunun etimadını qazanarsa, onunla müqavilə imzalanılacaq.
Xatırladaq ki, futbolçu sentyabrda Bakıya gələrək komandanın düşərgəsində olmuşdu.