Azərbaycan millisi Gürcüstana uduzdu - YENİLƏNİB

19:18 - 22 Yanvar 2022

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatındakı çıxışına başlayıb.

Sportal.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi komanda D qrupunun ilk turunda Avropa çempionatının debütantı Gürcüstan millisi ilə qarşılaşıb. Oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb - 2:3.

17:30 Gürcüstan - Azərbaycan 3:2
Qollar:
Elisandro 10 (1:2), Sebiskveradze 27 (2:2), Tales, 32-pen. (3:2) - Vilela, 6 (0:1), 7 (0:2), 

Azərbaycan: Emin Kürdov, Felipinyo, Tyaqo Bolinya, Vassura, Eduardo, Rizvar Fərzəliyev (k), Fineo de Arauxo, Rafael Vilela, Ramiz Çovdarov, İsa Atayev, Hadi Ahmadi

Gürcüstan: Zviad Kupatadze(k), Şaqinya, Roninyo, Tales, Elisandro, Bukiya, Giorgi Qavtadze, Vilian Lourenso, Şota Topuriya, Vahtanq Kekeliya, İrakli Todua, Arçil Sebiskveradze, Nikolos Kurtanidze, Bruno Petri

Qroningen, Niderland
"Martini Plaza" arenası
Hakimlər: Sedrik Pelisye(Fransa), Daniel Matkoviç (İsveçrə), Nikola Yeliç (Xorvatiya)

​Qrupun digər oyununda isə 23:30-da İspaniya və Bosniya və Herseqovina milliləri üz-üzə gələcək. 

Xəbər xətti