"Olimpiakos" daha bir azərbaycanlını istəyir

13:45 - 22 Yanvar 2022

“Səbail”in futbolçusu Turan Manafovu icarəyə götürən “Olimpiakos” daha bir azərbaycanlıya “elçi” düşüb.

Sportal.az saytının məlumatına görə, Volos təmsilçisi “Neftçi”də çıxış etmiş Nazim Bağırovun xidmətində maraqlıdı.

22 yaşlı futbolçunun Yunanıstana yollanaraq “Olimpiakos”la müqavilə imzalayacağı ehtimal edilir.

"Bakı" yetirməsi olan futbolçu "Lans"ın aşağı yaş qruplarından ibarət komandalarında və “Neftçi”nin əvəzedici heyətində çıxış edib.

O, son olaraq Gürcüstanın “Şevardeni” klubunda oynayıb.

 

Xəbər xətti