Gürcüstanın U-21 yığmasının çalışdırıcısı Ramaz Svanadze Sportal.az saytına açıqlama verib.
Vaxtilə “Keşlə”də də çalışmış Svanadze “Qarabağ”ın yeni transferi Luka Quqeşaşvili haqda danışıb.
Svanadze, Gürcüstanın 21 yaşlılardan ibarət yığma komandasının əsas qapıçılardan olmuş 22 yaşlı kiper barədə bunları deyib:
“Qarabağ” yaxşı komandadı. Luka Quqeşaşvilini transfer etməkləri çox şeydən xəbər verir. O, çox yaxşı qapıçıdı. Üstəlik Luka gəncdi və böyük perspektiv vəd edir. “Qarabağ”da özünü göstərməsi üçün hər şeyə sahibdi. Lider keyfiyyətləri olan biridi. Üstəlik, Luka yaxşı insandı. Güclü rəqabət olacaq və hər şeyin uğurlu olacağına inanıram. “Qarabağ”a da, Lukaya da uğurlar arzu edirəm”.
saytlarin hazirlanmasi