"Qəbələ"nin monteneqrolu futbolçusu Stefan Vukçeviç Sportal.az saytına açıqlama verib.
O, komandasının Antalyadakı toplanışı haqda danışıb və komandasının ölkə çempionatının ilk yarısındakı çıxışını dəyərləndirib:"Qəbələ" yaxşı durumdadı. Kollektivdəki atmosfer də əladı, dayanmadan işləyirik. Təbii ki, daha da təkmilləşdirəcəyimiz yerlər var. Sözsüz ki, ilk yarıdakı çıxışımızdan razıyıq. Biz çox yaxşı oynadıq. Bundan sonra da işimizə fokuslanmağa davam edəcəyik. Yaxşı oyunlarımızı və nəticələri davam etdirmək üçün maksimumu verəcəyik.
Vukçeviç, komandasının qış fasiləsindən sonra da uğurlu çıxış etmək istədiyini də deyib: "Sizə dəqiq bir şey deyə bilmərəm. Çünki liqa gözlənilməzdi. Hər bir rəqib digərinə qalib gələ bilər. Biz üzərimizə düşəni edəcəyik və turnir cədvəlində yüksək yerlərdə qalmağa çalışacağıq".
Yarımmüdafiəçi sonda Monteneqro milli komandasına dəvət edilməməsinə münasibət bildirib: "Baş məşqçi məni milliyə dəvət etmirsə, demək ki, hələ hazırda buna layiq deyiləm. Amma inkişaf etmək üçün əlimdən gələni edəcəm. Ümid edirəm ki, öz ölkəmin əsas millisində oynamaq mənə qismət olacaq.