"Qarabağ" "Visla" ilə bərabərə qaldı - YENİLƏNİB

20:24 - 25 Yanvar 2022

"Qarabağ" bu gün Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.

Sportal.az xəbər verir ki, ağdamlılar bu gün 12:00-da Çexiyanın "Bohemians" klubu ilə qarşılaşmalı idi. Amma hava şəraitinə görə, çexiyalılarla oyun baş tutmayıb.

Qurban Qurbanovun komandası 17:45-də "Visla"(Krakov) ilə üz-üzə gəlib. Krakov təmsilçisi ilə 3 hissədən ibarət oyun oynayan "Qarabağ" rəqibi ilə bərabərə qalıb. 

"Qarabağ" - "Visla"(Krakov) 0:0

İstifadə edilə bilməyən penalti: Yan Kliment, 53

"Qarabağ":
Luka Quqeşaşvili, Marko Veşoviç, Maksim Medvedev(k), Kevin Medina, Toral Bayramov, Qara Qarayev, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi, Abdella Zubir, İbrahima Vadji

"Qarabağ" toplanış çərçivəsində "Qaz Metan"(0:0), "Baçka Topala"(0:1) və "Şlensk"lə (2:3) qarşılaşmışdı.

 

Xəbər xətti