Azərbaycanla oyunu buraxacaq

11:32 - 26 Yanvar 2022

Futzal üzrə İspaniya yığması Azərbaycana qarşı oyuna itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, ispanların aparıcı üzvü Adolfo Fernandes Dias koronavirusa yoluxduğu üçün qarşıdakı görüşü də buraxacaq.

Hazırda karantində olan "Barselona"nın 29 yaşlı forvardı Bosniya və Herseqovinanı 6:2 hesabı ilə darmadağın etdikləri qarşılaşmada da eyni səbəbdən iştirak etməyib.

 

Xəbər xətti