"Qarabağ"a qarşı oynamış müdafiəçi "Valensiya"da

12:49 - 26 Yanvar 2022

"Valensiya" heyətinə yeni futbolçu qatıb.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi “Bazel”də çıxış edən Eray Cömerti transfer edib.

İspaniya klubu onunla 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.

İsveçrə milli komandasına da dəvət alan Eray "Qarabağ"ın "Bazel"ə qarşı keçirdiyi görüşlərdə forma geyinmişdi. 

Xəbər xətti