Slovakiya millisinin sabiq üzvü Mixal Duriş karyerasını Azərbaycanda davam etdirməyə yaxın olub.
Sportal.az saytının məlumatına görə, slovakiyalı futbolçu “Keşlə”nin maraq dairəsində olub.
Amma maliyyə məsələlərində razılıq əldə olunmadığına görə Durişin Azərbaycana gəlişi baş tutmayıb.
“Omoniya”da qalmayan 33 yaşlı futbolçu Araz Abdullayevin bir müddət əvvəl ayrıldığı "Etnikos"a keçib.