“Qarabağ”ın futbolçusu Kadi Borgesin “Apollon”un maraq dairəsində olması barədə xəbər vermişdik.
Sportal.az saytının məlumatına görə, Limassol klubunun məşqçilər korpusu braziliyalı futbolçunu iş başında canlı görmək istəyir.
Aldığımız məlumata görə, Kadini canlı izləmək üçün Kipr klubunun məşqçilər korpusundan bir nəfər “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”ə qarşı Fransada keçirəcəyi görüşü tribunadan izləyəcək.
"Marsel - "Qarabağ" oyunu fevralın 17-də keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.