"Keşlə" baxışa çağırdığı futbolçulardan biri ilə bağlı qərar verib.
Sportal.az saytının məlumatına görə, bir neçə gün əvvəl baxışa gələn İranın U-19 yığmasının sabiq üzvü Nima Daqestani komandada qalası olmayıb. Artıq çəkisi olduğuna görə məşqçilər korpusu Nimaya ehtiyac duymayıb.
Paytaxt klubunun baxışa dəvət etdiyi digər futbolçu isə "Tottenhem"in yetirməsi Natan Oduvadı. "Kəpəz"ə qarşı keçirilən yoxlama görüşündə meydana çıxan yarımmüdafiəçinin paytaxt klubunda qalıb-qalmayacağı dəqiq deyil.
Belə ki, yaxın günlərdə Sənan Qurbanov və köməkçiləri Oduva barədə yekun qərar verəcək.
“Tottenhem” yetirməsi karyerası ərzində “Luton”, “Reyncers”, “Kolçester”, “Piterboro”, “Olimpiya”(Lyublyana), “Veyle” “Hapoel Hadera”, “Dundalk” klublarında oynayıb.