"Toplanışda keçirdiyimiz hər 3 oyunda komanda meydanda daha yaxşısını etməyə çalışırdı. Əlbəttə ki, çatışmayacan cəhətlər də var, biz də bunu görürük. Bunun üzərində işləyirik, komanda şəklində düzəltməyə çalışırıq. İstənilən halda toplanışdakı hər 3 qarşılaşma komanda üçün oyun planında faydalı oldu".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Bölgə klubunun çalışdırıcısı komandaya Antalya toplanışının son günlərində qoşulan Patrik Robson barədə də fikirlərini bildirib: "Patriki yaydan izləyirik. Tanıdığımız və bəyəndiyimiz oyunçudu. Düşünürük ki, komanda üçün faydalı olacaq. Öz istəyi də var imiş ki, “Qəbələ”yə keçməyə razılıq verdi".
Baxşıyev, U-21 yığma komandamızın müdafiəçisi Samet Karakoçun “Qəbələ”yə keçə biləcəyi xəbərlərini təkzib etməyib: “Bəli, Samet maraqlandığımız oyunçudu. Ancaq konkret müqavilə olmadığından fikir bildirmək istəməzdim”.
“Sumqayıt”la kubok görüşündə şanslar bərabərdi. Komanda olaraq bütün fikrimizi qarşıdakı oyuna kökləyəcəyik” – deyə, Elmar Baxşıyev fikirlərini yekunlaşdırıb.