AFFA-nın yığmaya gətirmək istədiyi futbolçu: "Azərbaycanlı deyiləm, Rusiya millisində oynamaq istəyirəm"

17:13 - 28 Yanvar 2022

Polşanın "Stal" klubunun üzvü Ramil Mustafayev Sportal.az saytına açıqlama verib.

AFFA-nın siyahısında yer alan müdafiəçi saytımıza açıqlamasında azərbaycanlı olmadığını söyləyib.

18 yaşlı futbolçu özünü Rusiya yığmasında sınamaq niyyətində olduğunu bildirib:

"Rusiyada anadan olmuşam, azərbaycanlı deyiləm. Ola bilər ki, adım azərbaycanlıların adına oxşayır. Ancaq Dağıstanda doğulmuşam və kumık millətindənəm. Azərbaycan yığmasında oynamağımla bağlı mənə zəng etmişdilər. Sadəcə özümü Rusiya millisinə daha yaxın bilirəm, bu ölkənin millisində oynamaq istəyirəm. Azərbaycanla bağlılığım yoxdu. Gələcək nə göstərəcək, onu deyə bilmərəm, yaşayaq görərik".

Xəbər xətti