"Sumqayıt"ın təcrübəli futbolçusu Elvin Məmmədov Sportal.az saytına müsahibə verib:
- "Sumqayıt" qış toplanışını Türkiyədə keçdi. Toplanışını ümumi olaraq komanda üçün necə dəyərləndirirsən?
- Toplanış çox yaxşı keçdi. Məncə, xeyrimizə olan tərzdə alındı hər şey. Yoxlama oyunları da keçirdik.
- Necə düşünürsən, komanda ən yaxşı oyununu hansı komandaya qarşı keçirdi? Bütün oyunları məğlub başa vurmağınız kollektivdə inamsızlıq yaratmadı?
- Məncə, yaxşı oyunlarımız çempionatda olacaq. Təlim-məşq toplanışında qalib gəlmək və ya məğlub olmaq o qədər də önəmli deyil. Baş məşqçi bilir ki, komanda hansı durumdadı və nə etməlidi.
- “Sumqayıt” mövsümün 2-ci yarısına nə dərəcədə hazırdı? Əskik olan, sizi narahat edən nəsə var?
- Oyundan-oyuna tam hazır olacağıq. Gələcək futbolçular da həm güc, həm özünəinam qazandıracaq komandaya. Bizi narahat edən heç bir şey yoxdu.
- Aleksey Baqanın gəlişindən sonra komandada dəyişən nə oldu? Baqanın komandaya gətirdiyi yenilik nədən ibarətdi?
- Hər məşqçinin özünə uyğun məşqi, oyun planı var. Biz futbolçuların da işi, onun dediklərini yerinə yetirməkdi.
- "Sumqayıt" çempionatın 1-ci yarısında demək olar ki, uğursuz çıxış etdi. Səncə, 2-ci yarıda daha uğurlu çıxış edə biləcəksiz?
- Hər komandada eniş-çıxış olur. İnanıram ki, 2-ci yarıda yaxşı oyunlar göstərəcəyik. Komanda olaraq iddiamız layiqli, əzmkar oyun göstərməkdi. Məhz o zaman nəticə olacaq.
- “Sumqayıt” artıq 5 gündən sonra kubokun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ” ilə oyuna çıxacaq. Səncə, “Qəbələ”ni keçərək yarımfinala adlaya biləcəksiz?
- Çətin oyun olacağı dəqiqdi. Çünki “Qəbələ” yaxşı komandadı. Kubok 2 oyundan ibarətdi. Allah qoysa, sonda sevinən tərəf biz olarıq.