Yığmamızın qapıçısı: "Özümü "Qəbələ"də xoşbəxt hiss edirəm"

21:54 - 28 Yanvar 2022

“Qəbələ”nin qapıçısı Nicat Mehbalıyev Sportal.az saytına açıqlama verib.

O, komandasının qış hazırlıq prosesindən söhbət açıb.

Bununla yanaşı qolkiperi qış fasiləsindən sonra "Qəbələ"nin məqsədləri barədə fikirlərini bildirib:

"Komanda Bakıda hazırlıq keçdikdən sonra Türkiyəyə yollanmışdı. Fiziki yükləmələrimiz oldu. Yoxlama oyunlarını da fiziki yükləmələrlə oynadıq. Yaxşı da oyunlar keçirdik. İndi də zədəlilərimiz var. Bizi üzən məqamlardan biri də Urfan Abbasovun zədələnməsi idi. Məşqlərimiz davam edir, mövsümün qalan hissəsi üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu çıxış edək”.

Qış fasiləsində adının “Neftçi” və “Sabah”la hallanması barədə isə Mehbalıyev bu cür danışıb: "Bu klublarla adımın hallanması barədə fikrim yoxdu. Çünki məlumatsızam. Bütün fikrimi “Qəbələ”dəki çıxışıma yönəltmişəm. Hazırki komandamda özümü xoşbəxt hiss edirəm, məşqçi və futbolçu heyətilə də münasibətim yaxşıdı. Gələcəklə bağlı isə bir söz deyə bilmərəm, zaman göstərəcək”.

Xəbər xətti