Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Joze Alesio Da Silvanın komandası D qrupunun 3-cü turunda Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Amsterdamdakı "Ziggo Dome" zalında oynanılan qarşılaşma millimizin 4:2 hesablı qələbəsiylə başa çatıb.
Bu nəticəyə baxmayaraq Azərbaycan millisi Avropa çempionatında çıxışını başa vurub. Yığmamız qrupu 3-cü pillədə tamamlayıb.
Avropa çempionatı
D qrupu, 3-cü tur
29 yanvar
20:30 Azərbaycan - Bosniya və Herseqovina 4:2
Qollar: Bolinya, 13:22, Eduardo, 10:02, Vilela 32:35, Qallo, 39:52 - Radmiloviç 11:50, Kahvedziç, 31:20
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
Amsterdam. "Ziggo Dome"
20:30. Gürcüstan - İspaniya 0:8
Xal durumu: İspaniya- 7. Gürcüstan - 6. Azərbaycan - 4. Bosniya və Herseqovina - 0.
Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.
saytlarin hazirlanmasi