Ölkə çempionatının 2-ci pilləsində qərarlaşan "Qəbələ" qış "transfer pəncərəsi" zamanı heyətinə daha bir futbolçunu qatmağa hazırlaşır.
Sportal.az saytının məlumatına görə, bölgə klubunun növbəti transferi Samet Karakoç ola bilər. Məsələ burasındadır ki, U-21 yığmamızın üzvü özü də "Qəbələ" oynamağa razıdı.
Sadəcə, futbolçunun məxsus olduğu "Bayrampaşaspor"un onu buraxıb-buraxmayacağı hələ ki, dəqiq deyil. Futbolçu hazırda Türkiyə 3-cü liqasında mübarizə aparan komandasını razı salarsa, "Qəbələ"nin yolunu tutacaq.
Ən pis halda isə Sametin yayda "Qəbələ"yə keçə biləcəyi ehtimal edilir.