"Neftçi" ölkə xaricində çıxış edən, əslən azərbaycanlı olan futbolçuları komandaya cəlb etmək niyyətindədi.
Sportal.az saytının məlumatına görə, Eddi İsrafilov və Azər Əliyevi heyətinə qatan "ağ-qaralar" bundan sonra da yerli futbolçu limitini daha çox ölkə xaricində çıxış edən, futbolun sirrlərini Azərbaycanda yox, xaricdə öyrənmiş oyunçularla doldurmaq istəyir.
Belə ki, komandanın hazırda əsas transfer hədəfləri gənc azərbaycanlılardı.
Son ölkə çempionu "Ufa"dan Ruslan Fişenko, "Aleksandriya"dan Emil Mustafayev, "Minay"ın üzvü Eldar Quliyev və əvvəllər Azərbaycanın aşağı yaş qrupunda oynamış "SKA Xabarovsk"un forvardı David Qarayevi transfer etmək istəyir.
Klub bu oyunçularla indidən danışıq aparacaq və hansı futbolçunu razı sala biləcəksə, yayda onunla müqavilə imzalayacaq.