"Qəbələ" qış "transfer pəncərəsi" zamanı heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az saytının məlumatına görə, bölgə klubu U-21 yığmamızın üzvü Samet Karakoçun keçidini həll edib.
Belə ki, "Bayrampaşaspor" forması geyinmiş müdafiəçi artıq Türkiyədən ayrılaraq Bakıya gəlib. Onun bu gün "Qəbələ" ilə rəsmi müqavilə bağlayacağı gözlənilir.