Millimizin daha bir üzvü Superliqada oynaya bilər

13:13 - 31 Yanvar 2022

“Keçiörəngücü” forması geyinən Vüsal İsgəndərli yeni mövsümdən Türkiyə Superliqasında oynaya bilər.

Sportal.az saytının məlumatına görə, millimizin üzvünə Türkiyənin “Ankaragücü” klubundan maraq var. 

Hazırda Superliqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparan paytaxt təmsilçisi, yüksək liqaya vəsiqə qazanacağı təqdirdə İsgəndərlini də özlərilə birlikdə 1-ci liqadan yuxarı liqaya aparacaq. 

"Ankaragücü" hazırda 1-ci divizionda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və Superliqaya yüksələcək əsas namizədlərdən hesab edilir. 

Qeyd edək ki, Azərbaycan millisinin forvardı Mahir Emrelinin Superliqa təmsilçisi "Başakşehir"ə keçəcəyi gündəmdədi.

Xəbər xətti