"Biz də istəyirik ki, çempionatı yüksək pillədə bitirib, avrokuboklara yollanaq" - MÜSAHİBƏ

14:27 - 31 Yanvar 2022

"Qəbələ"nin yarımmüdafiəçisi Ehtiram Şahverdiyev Sportal.az saytına müsahibə verib:

- Komanda toplanışını Türkiyədə keçirdi. 3 yoxlama görüşü keçirdiniz və qələbə qazanmadan vətənə qayıtdınız. Ümumi olaraq Türkiyə toplanışı sizin üçün nə ilə yadda qalıd?
- Türkiyədəki hazırlıq oyunlarının hesabı bizim xeyrimizə olmasa da, yaxşı formada keçirdik toplanışı. 3 oyun da qısa müddətdə oldu. 2 gün fərqlə çıxdıq oyunlara. Hazırlaşmaq üçün zamanımız qısa idi.  Yükləməni də oyunlarda aldıq. Hər 3 oyunun xeyrimizə olacağını düşünürəm. 

- “Qəbələ”ni çempionatın 2-ci yarısına hazır hesab etmək olar? Sizi narahat edən nədir?
- Şükür Allaha bizi narahat edən bir amil yoxdu. Hər şey qaydasındadı, hazırlıqlarımızı davam etdiririk. Komandadakı atmosfer də çox yaxşıdı. 

 
- Komandanız hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Necə düşünürsən, mövsümü də ən azından bu pillədə başa vura biləcəksiz?
-
Baş məşqçimizin verdiyi tapşırığı əlimzdən gəldiyi qədər düzgün şəkildə yerinə yetirsək, istədiyimiz kimi yaxşı nəticə olar. Çempionatımızda zəif komanda anlayışı yoxdu. Bütün komandalar güclüdü. Hər komandaya qarşı eyni qaydada hazırlaşırıq. Biz də istəyirik ki, komanda olaraq çempionatı yüksək pillədə bitirib, avrokuboklara yollanaq. 

- “Qəbələ” ölkə kubokunun ¼ final mərhələsində “Sumqayıt”la qarşılaşacaq. Necə düşünürsən, "Sumqayıt” səddini keçə biləcək?
- "Sumqayıt"la oyuna ciddi şəkildə hazırlaşırıq. İstəyirik ki, hər oyunda uğurlu nəticə qazanaq. Bu oyunda da meydana uğurlu nəticə üçün çıxıb, sona qədər mübarizə aparacağıq.

- Özünün “Qəbələ”dəki perspektivini necə görürsən? Səncə, əsas heyətə düşmək, “Qəbələ”dən milliyə yüksəlmək mümkündü?
- Hər futbolçu perspektivlidi, hamı səylə çalışır. Ancaq kimin oynayıb, kimin oynamayacağına məşqçi qərar verir. Baş məşqçimiz kimi layiq görürsə, o da oynayacaq. Nə vaxt meydana çıxsam, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Hər futbolçunun istəyi milli komandanın şərəfini qorumaqdı. Mən də həmçinin. Özümü doğruldub, çalışacam ki, milli komandaya dəvət alım.

Xəbər xətti