"Qəbələ"nin qış "transfer pəncərəsi" zamanı heyətinə qatdığı ikinci futbolçu Samet Karakoç oldu.
Sportal.az xəbər verir ki, U-21 yığmamızın yetirməsi olduğu "Bayrampaşaspor" onun gedişi barədə sosial şəbəkədə paylaşım edib və bunları yazıb:
"Aşağı yaş qrupunda yetişən peşəkar futbolçumuz Samet Karakoçun Azərbaycan Premyer Liqası təmsilçilərindən "Qəbələ"yə keçidilə bağlı razılıq əldə olunub. Samete bu zamana qədər verdiyi əməklərə görə təşəkkür edir, bundan sonrakı karyerasında uğurlar arzulayırıq".