"Səbail"in litvalı legioneri Domantas Şimkus Sportal.az saytına açıqlama verib.
O, komandasının qış hazırlığından söhbət açıb. Bununla bərabər o, ölkə kubokunun 1/4 final mərhələsinin “Zirə”yə qarşı keçiriləcək oyunundakı şanslarını da dəyərləndirib:
“Fasilə vaxtı yaxşı hazırlaşdıq. Komanda olaraq hazırlıqlarımız qaydasında getdi. “Zirə” ilə oyuna gəldikdə, rəqibimiz çox yaxşı komandadı və onlara hörmətlə yanaşırıq. Amma qələbə üçün mübarizə aparacağıq. Rəqib meydanında oynasaq da, biz səfərə qələbə ardınca yollanırıq. Şans hər zaman var. Sadəcə olaraq, konsentrasiya maksimum dərəcədə olmalı və meydanda ürəyimizi qoymalıyıq”.
Litvalı, komandanın aparıcı üzvü Turan Manafovun “Olimpiakos”a(Volos) keçidinə münasibət bildirib: "Turan komanda üçün önəmli oyunçu idi. Ancaq indi digər futbolçular üçün də imkan var. İnanıram ki, hər şey yaxşı olacaq".