AFFA-nın milliyə cəlb etmək istədiyi "Legiya"nın yeni transferi: "Mahirin bu komandada oynadığını bilirəm"

17:43 - 1 Fevral 2022

“Bəli, bundan sonra “Legiya” üçün oynayacam. Çalışacam ki, komandama görə ən yaxşısını edim. Düşünürəm ki, mənim üçün “Legiya”da hər şey yaxşı alınacaq". 

Bu sözləri Sportal.az saytına açıqlamasında Ramil Mustafayev deyib.

AFFA-nın milli komandamızda çıxış etməsi üçün təklif göndərdiyi futbolçu Mahir Emreli haqda da fikirlərini bildirib:

“Mahir Emrelinin “Legiya”da oynadığını bilirəm. Amma onun haqda geniş məlumata sahib deyiləm. Yox, ad və soyadıma görə “Legiya”da azərbaycanlı olduğumu düşünmürlər.

​Rusiya millisindən isə hələ ki, dəvət almamışam. Varşava klubundakı çıxışıma fikrimi yönəltmişəm”.

Xəbər xətti