Ukraynanın “Aleksandriya” klubunun futbolçusu Emil Mustafayev Sportal.az saytına açıqlama verib.
Adı “Neftçi” ilə hallanan U-21 yığmamızın üzvünün karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyilə bağlı danışıb.
Hazırda komandası ilə təlim-məşq toplanışında olan Mustafayev “Neftçi” məsələsi haqda bunları deyib:
“Neftçi”dən konret olaraq təklif almamışam. Özü də hazırda məni heç bir təklif maraqlandırmır. Çünki mən hazırda “Aleksandriya”nın futbolçusuyam. Bu komanda üçün 100 faiz gücümü verməyə hazıram”.
saytlarin hazirlanmasi