"Olimpiakos" azərbaycanlı futbolçunu transfer etməyə yaxındı

18:56 - 4 Fevral 2022

"Olimpiakos" Turan Manafovdan sonra daha bir azərbaycanlını heyətinə qatmağına yaxındı.

Sportal.az saytının məlumatına görə, Volos təmsilçisi Nazim Bağırovla razılıq əldə edib.

Amma Bağırovun keçidinə əngəl ola biləcək yeganə səbəb legioner limitidi. Belə ki, Yunanıstan klubu hazırda heyətdə yer alan 5 legionerdən birini göndərə bilməsə, ən yaxşı halda Bağırovla müqavilə imzalayıb, onu  icarəyə göndərəcək. Yox, əgər legionerlərdən birilə yollarını ayıra bilsə, azərbaycanlı futbolçu "Olimpiakos"da oynayacaq.

22 yaşlı futbolçu Yunanıstan 1-ci liqasında çıxış edən digər klubların da maraq dairəsindədi. 

"Bakı" yetirməsi olan futbolçu "Neftçi"-2 və "Şevardeni"də oynayıb.

Xəbər xətti