Paytaxt klubunun yeni transferi: Fransanın qapıçısı, "Marsel"in futbolçusu və sabiq "Neftçi"linin komanda yoldaşı - FOTOLAR

21:42 - 4 Fevral 2022

“Keşlə”nin qış “transfer pəncərəsi” dönəmində heyətinə qatdığı 3-cü futbolçu Natan Oduva oldu. Son illərdə karyerasında eniş yaşansa da, o, yetərincə samballı klublarda oynayıb. “Tottenhem” yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində həm tanınmış, həm də Azərbaycan azarkeşləri üçün tanış futbolçularla birlikdə çıxış edib. 

Huqo Lloris

Oduva “Tottenhem”in U-21 komandasında çıxış etdiyi dövrdə Fransa millisinin və “Tottenhem”in əsas qapıçısı Huqo Lorislə birlikdə oynayıb. 2012-ci ildən London klubunda çıxış edən Loris hələ də bu komandanın qapıçısıdı.



Endi Hallidey

Oduva Şotlandiyanın ən məşhur klublarından olan “Reyncers”də də oynayıb. Amma Nigeriya əsilli ingilis futbolçu Qlazqo klubu 1-ci divizionda çıxış etdiyi vaxtda bu klubun şərəfini qoruyub. O, 2015/2016 mövsümündə “Qəbələ”nin sabiq futbolçusu Endi Hallideylə komanda yoldaşı olub.



Pau Lopez

İcarə müddəti başa çatdığına görə yenidən “Tottenhem”ə qayıdan Oduva 2016/2017 mövsümündə U-23 komandasında çıxış edib. O, həmin vaxtı hazırda “Marsel”in qapısını qoruyan Pau Lopezlə komanda yoldaşı olub.



Culius Vobay

Həmin mövsüm qış “transfer pəncərəsi” zamanı “Olimpiya”ya icarəyə verilmiş yarımmüdafiəçi “Xəzər Lənkəran” və “Neftçi”də oynamış Culios Vobayla Lyublyana klubunun uğurları üçün çalışıb.

Xəbər xətti