"Sabah"ın idman direktoru İqor Ponomaryov Sportal.az saytına müsahibə verib.
- “Sabah” ölkə kubokunun 1/4 final mərhələsinin “Neftçi”yə qarşı ilk oyununda 1:1 oynadı. Yarımfinala adlamaq şanslarınızı necə dəyərləndirirsiniz?
- Bəli, "Neftçi"yə qarşı səfər meydanında çox yaxşı oynadıq. 1:1 də yaxşı hesabdı. “Neftçi” yaxşı futbolçulardan ibarət, güclü klubdu. Bu, məlum məsələdi. Digər tərəfdən "Sabah" da "hədiyyə" komanda deyil. Biz də çox yaxşı oynayırıq. Cəld, yaxşı futbol nümayiş etdiririk. Cavab matçının necə olacağını, öncədən ehtimal etmək, nəsə demək istəmirəm. Ehtimal etmək istəməzdim. Ümid edirik ki, növbəti mərhələyə yüksələcəyik. Rəqibi də öz meydanımızda qəbul edəcəyik. Hər şeyin yaxşı alınacağına inanıram.
- "Sabah"ın ölkə kubokuna sahib çıxmaq şanslarını necə qiymətləndirirsiniz?
- Bütün komandalar bunun üçün çalışır. İlk oyunlarda gördük hamımız, "Zirə" "Səbail"ə böyükhesablı qələbə qazandı. "Qəbələ" səfərdə "Sumqayıt"ı məğlub etdi. "Qarabağ" da “Keşlə”ni uddu. Kubok uğrunda şansımız var. Bütün gücümüzü meydanda qoyacağıq. Əlbəttə ki, kuboku qazanmaq istəyərdik. Dediyim kimi, bunun üçün gücümüzü səfərbər edəcəyik. Sonda necə olacağını görəcəyik.
- Qış “transfer pənəcərəsi” zamanı komandanın heyətinə qatdığı futbolçular haqda hansı fikirdəsiniz?
- Aleksandr Neçayev, Kristian və Qabriellə müqavilə imzaladıq. Hazırda balanslaşdırılmış heyətimiz var. Nəsə olacağı təqdirdə belə, yetərincə futbolçumuz var. Heyətdə də yaxşı rəqabət yaranıb. Ümid edirik ki, rəqabət komandaya öz effektini göstərəcək. Rəqabət hər zaman futbolçunun daha inkişaf etməsi üçün stimuldu. Futbolçu müəyyən səviyyəyə gəlib çıxa bilər, amma sonradan inkişaf getməsə, çətindi. Klubda rəqabət varsa, futbolçuya daha çox inkişaf etməyə imkan verir. Əsas heyətə düşmək hər bir futbolçu üçün şansdı.
- Murad Musayev “Neftçi” ilə oyundan sonra daha 2-3 transferin ola biləcəyini demişdi. Transferlər davam edəcəksinz?
- “Transfer pəncərəsi” yaxın zamanlarda bağlanacaq. Görək də, zaman göstərəcək.
- Mövsümün əvvəlində “Sabah” Serbiya millisinin sabiq forvardı Petar Skuletiçi heyətinə qatmışdı. Sizcə, o, nəyə görə özünü göstərə bilmədi, niyə qalmadı “Sabah”da?
- Petar Skuletiç yaxşı futbolçudu, “Lokomotiv”, “Monpelye” kimi komandalarda oynayıb. Elə-belə yerə düşmək olmur bu cür klublara. Yaxşı futbolçudu. Bəlkə alınmadı. Skuletiç sonra bizə dedi ki, Azərbaycanda onun üçün çətindi və getmək istəyir. Biz də onu anlayışla qarşıladıq və buraxmağa razı olduq. O, özü də bizə qarşı anlayışlı idi. Belə alındı, yollar ayrıldı.
saytlarin hazirlanmasi