"Təslim olmayacağıq, sonuncu yeri tutmaq haqda heç fikirləşmirik"

12:38 - 6 Fevral 2022

"İlk oyunda yaxşı nəticə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, evdə uduzduq. Hər iki komanda yaxşı mübarizə apardı. Rəqib penaltidən fərqləndi və daha çox müdafiəyə qapanmışdı. Belədə, qol epizodları yaratmağımız daha da çətinləşdi. Səfər qolu vacibliyini itirdiyinə görə, mərhələni keçmək şansımız 50/50-di”.

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

"Gənclik şəhəri"nin təcrübəli futbolçusu komandasının yarımfinal şanslarını dəyərləndirib: “Düşünmürəm ki, kubok oyununa görə “Səbail”lə çempionat oyununu qurban verək. Çünki rəqibimizlə cəmi 2 xal fərqimiz var. Maksimum çalışacağıq ki, yaxşı nəticə qazanaq. Keçilməyəcək rəqib yoxdu. Yaxşı mübarizə aparıb, turu keçmək istəyimizdi”.

O, “Sumqayıt”ın növbəti oyunlarda uğurlu nəticələr qazanacağına inandığını bildirib: “Düşünmürəm ki, hansısa səs-küylü transfer hansısa oyunda nəticəyə təsir eləsin. İlk oyunlarda həm istədiyimiz nəticə, həm də oyun baxımından düşündüklərimiz alınmaya bilər. Allah qoysa, qarşıdakı oyunlarda yaxşı nəticələr qazanacağıq. Avrokuboklara vəsiqə verən yerlə xal fərqimiz çoxdu. Ancaq təslim olmayacağıq. Sonuncu yeri tutmaq haqda isə heç fikirləşmirik. Çalışacağıq ki, yuxarı pillələrə qalxaq".

Xəbər xətti