Azərbaycanın U-20 yığmasının sabiq üzvü Kamran Əliyev “Ximki”dən ayrılıb.
Sportal.az saytının məlumatına görə, futbolçu mövsümün əvvəlində icarəyə verildiyi “SKA-Xabarovsk”da çıxış edəcək.
AFFA-nın Azərbaycan milli komandasına dəvət etmək istədiyi Əliyev Xabarovsk təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Belə ki, o, ən azından 2023-cü ilə qədər “SKA-Xabarovsk” komandası üçün çalışacaq. AFFA U-20 yığmamızda çıxış etmiş Əliyevi əsas millidə oynamaq üçün razı salmağa çalışır.