Rusiya klubuna keçən forvard: "İnanıram ki, bir neçə ildən sonra Azərbaycana əsas milli üçün gələcəm"

17:23 - 6 Fevral 2022

"Krasava" mənimlə maraqlanırdı. Menecer mənimlə danışaraq həmin klubun məni istədiyini bildirdi. Sonda klublar razılıq əldə etdi və mən "Krasava"ya keçdim".

Bu sözləri Sportal.az saytına açıqlamasında Ruslan Pidlisnyak deyib.

Yayda "Sabah"a keçən forvard bu klubdan ayrılmasına baxmayaraq, yenidən ölkəmizə gəlmək istədiyini bildirib.

Əslən azərbaycanlı olan Ruslan Azərbaycan milli komandasına cəlb olunmaq niyyətindədi:

"Sabah"da işlər pis getmirdi, formamı yığırdım. Sadəcə əsas komandada rəqabət böyükdü. Ancaq hər şey yaxşı alındı. Keçidimə razılıq verdiyinə görə "Sabah"a da təşəkkür edirəm. Amma Azərbaycan karyeramın başa çatdığını düşünmürəm. İnanıram ki, bir neçə ildən sonra Azərbaycanın əsas millisi üçün gələcəm".

Xəbər xətti