Azərbaycanlı futbolçu Şimali Makedoniya klubunda

12:27 - 8 Fevral 2022

"Neftçi"nin yarımmüdafiəçisi Nazim Məmmədzadə Şimali Makedoniyada oynayacaq.

Sportal.az xəbər verir ki, Bakı klubunun əvəzedici heyətində çıxış etmiş 21 yaşlı yarımmüdafiəçi "Renova" ilə anlaşıb.

Qış toplanışı zamanı Şimali Makedoniya klubunda baxışda olmuş futbolçu "Renova"nın məşqçilər korpusunun etimadını qazanıb və onunla müqavilə imzalanılıb. Futbolçu mövsüm sonuna qədər bu klubda çıxış edəcək.

Hazırda "Renova" Şimali Makedoniya çempionatında 18 turdan sonra 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti