Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alındı

10:30 - 9 Fevral 2022

Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu qeydə alınıb.

Sportal.az xəbər verir ki, XV turun “Neftçi” – “Qarabağ” oyununu 3500 tamaşaçı izləyib. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdəki izləyici sayı bu mövsüm üçün ən yüksək rəqəmdir.

“Bakcell Arena”dakı oyuna qədər də rekord eyni komandaların eyni stadiondakı matçına məxsus idi. Həmin vaxt da indiki nəticənin qeydə alındığı III turun oyununu 3300 tamaşaçı izləyib.

Tamaşaçı sayında mövsümün üçüncü göstəricisi VI tura təsadüf edib. “Qarabağ”ın “Qəbələ” ilə oyununu (2:0) 1600 izləyici seyr edib.

Turun "Keşlə" - "Zirə" oyununda 400, "Sabah" - "Qəbələ" görüşündə 300, "Səbail" - "Sumqayıt" qarşılaşmasında 350 azarkeş olub.

Xəbər xətti