"Sumqayıt"a qol vuran litvalı: "Karyeramdakı ən baxımlı qol idi"

18:20 - 9 Fevral 2022

"Sumqayıt"a qarşı oyun maraqlı alındı. Bu oyunda qalib gəlməyi çox istəyirdik. "Zirə"yə kubokdakı məğlubiyyətdən sonra toparlanmaq asan deyildi. Komanda “Sumqayıt”la oyuna çox yaxşı konsentrasiya olmuşdu. Baş məşqçi bizi oyuna çox yaxşı hazırlamışdı. Amma hardasa bəxtimiz də gətirmədi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in futbolçusu Domantas Şimkus deyib.

Premyer Liqanın 15-ci turu çərçivəsində “Sumqayıt”la görüşdə komandasının yeganə qolunu vuran Şimkus Aleksey Baqa ilə oyundan sonra söhbət etdiyini bildirib. "Jalqris"də Baqanın futbolçusu olmuş Şimkus bu cür danışıb: "Matçdan sonra Aleksey Baqa ilə bir az söhbət etdik. Onu gördüyümə görə şad oldum”.

Litvalı legioner “Sumqayıt”la matçda uzaq məsafədən vurduğu baxımlı qolu isə bu cür şərh edib:

“Səbail”də vurduğum ilk qol idi. Həm də karyeramdakı ən baxımlı qol oldu. Təbii ki, vurduğum qola görə çox dostum təbrik etdi məni. Amma istənilən halda, qələbəni əldən verdiyimizə görə çox təəssüflənirəm”.

Xəbər xətti