"Partizan"ın futbolçusuna Azərbaycanda oynamaq təklif edildi

18:59 - 9 Fevral 2022

"Partizan"ın yarımmüdafiəçi Bibras Natxonun karyerasını Azərbaycanda da davam etdirmək variantı yaranıb.

Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, israilli futbolçuya Azərbaycan Premyer Liqasında çıxış edən iddialı klublardan birində oynamaq təklifi edilib.

Amma 33 yaşlı futbolçu maliyyə məsələlərinə görə Azərbaycana gəlmək istəməyib. Təcrübəli futbolçunun Belqrad klubu ilə müqaviləsini uzadacağı bildirilir.

​İsrail millisinin üzvü “Hapol Tel-Əviv”, “Rubin”, PAOK, ÇSKA(Moskva), “Olimpiakos” klublarında oynayıb və 2019-cu ildən “Partizan”da çıxış edir.

Xəbər xətti