"Mahir Emrelinin "Dinamo"ya keçidinə sevindim. Ona yeni komandasında uğurlar arzulayıram. Xorvatiyaya yollanmaqla doğru addım atmış oldu”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Ruslan Qurbanov deyib.
Millimizdə çıxış etmiş futbolçu vaxtilə Xorvatiyada "Hayduk" forması geyinib. Split klubunda oynadığına görə Xorvatiya futboluna yaxşı bələd olan Qurbanov Mahirin "Dinamo"da uğurlu olacağına inandığını dilə gətirib:
"Hayduk"da oynadığım vaxtda 3 məşqçi dəyişdi. Ona görə özümü yaxşı tərəfdən göstərə bilmədim. Xorvatiya çempionatı yaxşı səviyyədədi. İnanıram ki, Mahir tezliklə daha yüksək səviyyəli liqalara gedəcək. “Dinamo” böyük tarixi olan, böyük komandadı. Mahir üçün də rəqabət yüksək olacaq. Ona ümid etməsəydilər transfer etməzdilər. “Dinamo” daim avrokuboklarda çıxış edir. Bu, Mahir üçün də yaxşıdı. Mənim oynadığım “Hayduk” da böyük klubdu, "Dinamo" da. Bu iki komanda arasında derbilər olur. Həqiqətən çox maraqlı alınır".