Superliqa klubu azərbaycanlı futbolçu ilə maraqlanır

14:25 - 10 Fevral 2022

“Pierikos”a keçsə də, bu klubda debüt etmədən oradan ayrılan Tural Bayramovun mövsüm sonuna kimi “Səbail”də oynayacağı ehtimal edilir.

Sportal.az saytının məlumatına görə, futbolçu paytaxt klubu ilə məşqlərini davam etdirir. Sadəcə, sənəd problemlərinə görə Bayramovun “Səbail”dəki debütü gerçəkləşmir.

Bu arada yarımmüdafiəçinin yayda yenidən Yunanıstana geri dönməsi də real görünür. Futbolçu Yunanıstan Superliqasında yarışan “İonikos” klubunun maraq dairəsindədi. Amma futbolçu yaya qədər “Səbail”də oynamağı planlaşdırır. Yayda isə onun Yunanıstana yollanıb-yollanmayacağı dəqiqləşəcək.

"İonikos" hazırda Yunanıstan Superliqasında 14 komanda arasında 12-ci pillədədi.

Xəbər xətti